İsa Qəmbər başqanlıqdan gedir

Bütün Xəbərlər
10:24 26.11.2010
1955

 

Seçkidən sonra müzakirə və mübahisə predmeti olan əsas məsələlərdən biri Müsavat Partiyasının başqanı İsa Qəmbərin başqanlıqdan gedib-getməyəcəyi ilə bağlıdır. Nizamnaməyə əsasən İsa Qəmbərin partiyaya rəhbərlik müddəti bu il başa çatır. Onun başqanlıqda qalıb-qalmamasını istəyənlərin arasında ciddi fikir ayrılıqları da yaranıb. İ.Qəmbər «Bizim Yol»a eksklüziv müsahibəsində bu məsələyə aydınlıq gətirib.

- İsa bəy, günün siyasi müzakirəyə mövzularından biri Sizin Müsavat Partiyasının başqanlığında qalıb-qalmamağınızdır. Bu barədə mətbuatda gedən müzakirələri izləyirsinizmi?

- Qarşıma çıxanda baxıram, görüm nə yazırlar.

- “Yeni Müsavat”ın yazdığına görə partiyadakı çoxluq getməməyinizi, azlıq isə getməyinizi istəyir. Siz necə düşünürsünüz, nizamnaməyə əməl etmək lazımdır, yoxsa çoxluğun tələbinə?

- Müsavat Partiyasının hər bir zaman öz nizamnaməsinə uyğun şəkildə fəaliyyət göstərdiyi obyektiv müşahidəçilərin hər birinə bəllidir. Bu, obyektiv adamlara bəlli olduğu üçün qeyri-obyektiv, subyektiv adamların mövzunu uzatmağın heç bir anlamı yoxdur.

- Belə olanda, məclis sədri Sülhəddin Əkbərin “İsa bəy getməlidir”, İcra Aparatının rəhbəri Arif Hacılının isə “İsa bəy getməyəcək” fikirləri Sizin gedişinizdən sonra qarşıdurma yaratmayacaqmı?

- Bunlar kontekstdən çıxarılmış fikirlərdir.

OXŞAR XƏBƏRLƏR