İsa Qəmbər və Əli Kərimli polisə çağırıldı

Bütün Xəbərlər
10:35 01.04.2011
1707

Müsavat başqanı İsa Qəmbər də Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb. Müsavat Partiyasından verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsinin 5-ci bölməsinin rəisi Cəbrayıl Vəliyev Müsavat Partiyasının qərargahına gəlib. O, partiya rəhbərini bu gün 17.00-da BŞBPİ və Bakı şəhər Prokurorluğunun rəhbərliyi ilə görüşə dəvət edib.

İctimai Palatanın (İP) mitinq komitəsinin üzvləri Tofiq Yaqublu, Fuad Qəhrəmanlı, Fikrət Cəfərli və Əli Orucov da Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıblar. Onlar saat 17.30-da idarəyə gedəcəklərini bildiriblər.

OXŞAR XƏBƏRLƏR