İcra katibi qeyd edib ki, seçkidə konkret şəxslərin uğur qazanmaması bütövlükdə demokratik atmosferdə keçirilən seçki fonunda namizədlərin şəxsi problemi kimi dəyərləndirilə bilər. YAP icra katibi vurğulayıb ki, ölkədə bəzi siyasi qüvvələr seçkilərlə bağlı fərqli mövqe ortalığa qoymağa cəhd göstərirlər.
"Bəzi dairələrdə deputat seçilmək istəklərini həyata keçirə bilməyənlər özlərinin bu uğursuzluğunu demokratiya anlayışı ilə səhv salmağa meyillidirlər", - Ə. Əhmədov bildirib ki, beynəlxalq rəylər seçkilərin normal keçdiyini deyir.
mənbə: Ayna qəzeti