Diplomatik məktublardan biri amerikalı konqresmen Qari Akermanın İsrail Nüvə Energetikası Komissiyasının sədr müavini Ariel Levi ilə görüşünün nəticələrinə həsr olunub. Levit bildirib ki, İsrailin hakimiyyət dairələri İrana qarşı hərbi əməliyyatları mümkünsüz hesab edirlər.
"Şübhə etmirik ki, İran 1981-ci ildə İsrail aviasiyasının İraqdakı "Osirak" nüvə reaktoruna aviazərbələrinin təcrübəsini nəzərə alaraq nüvə obyektlərini müxtəlif yerlərdə yerəşdirib. Həmin obyektlərin bəziləri barədə İsrail ümumiyyətlə, məlumatsız ola bilər", - Levit söyləyib. //milli.az