İtalyanlar və ingilislərin qara günü

İtalyanlar və ingilislərin qara günü
İDMAN
11:03 06.04.2011
2126
İlk oyun günü daha çox son çempion “İnter” və İtaliya təmsilçisinə həmin ÇL-i qazandırmış Joze Mourinyonun hazırkı komandası “Real”ın oyunlarıyla yaddaqalan olub. Həm İspaniya, həm də İtaliya klubu növbəti mərhələyə adlamaq üçün doğma meydanda elə də iddialı olmayan rəqibləri üzərində mütləq qələbə qazanmalıydı. Əks halda ÇL-in cari mövsümünün sürpriz komandaları olan “Şalke” ilə “Tottenham” onların da yolunu narahat edə bilərdi.

Madrid təmsilçisi belə sensasiyaya imkan vermədi. Əksinə, Joze Mourinyonun yetirmələri İngiltərə klubu üzərində darmadağınla qalib gələrək, demək olar ki, növbəti mərhələyə vəsiqəni rəsmiləşdirdi. Son çempion "İnter" isə heç kimin gözləmədiyi bir yenilgiylə üzləşdi. Doğma meydanda "Şalke"dən 5 top buraxan italyanların işi sadəcə möcüzəyə qalıb. Düzdü, onlar ötən mərhələdə Almaniyanın digər təmsilçisi "Bayern"ə də doğma meydanda uduzduqdan sonra səfərdə bunun əvəzini çıxmağı bacarmışdı. Lakin bu dədə "Şalke" Münhen klubunun qisasını almağa yaxındı.

İkinci oyun günü isə İngiltərə derbisi ilə əlamətdar olacaq. Yolları məhz 1/4 finalda kəsişən “Çelsi” və “Mançester Yunayted”dən birinin çıxışını erkən dayandırması lazım gələcək. Bu komandalardan fərqli olaraq, İspaniyanın digər nəhənfi “Barcelona”nın işi elə də çətin olmayacaq. Çünki cari mövsümün daha bir sürpriz komandası da onların yoluna çıxıb ki, ispanların məhz ilk qarşılaşmada bu rəqibinin işini böyük ölçüdə bitirəcəyini gözləmək olar.

Çempionlar Liqası
1/4 final (ilk oyunlar)

5 aprel

Inter (İtaliya) – Şalke (Almaniya) - 2:5 (2:2)
Qollar: Stankoviç, 1, Mİlito, 34 - Matip, 17, Edu, 40; 75, Raul, 52, Ranoççya, 57-öz qapısına, .
Matçın 64-cü dəqiqəsində meydan sahiblərinin müdafiəçisi Kivu qırmızı vərəqə alır

Real (İspaniya) - Tottenhem (İngiltərə) - 4:0 (1:0)
Qol: Adebayor, 5; 58, Di Mariya, 72, Ronaldo, 88.
Matçın 17-ci dəqiqəsində qonaqların hücumçusu Krauç qırmızı vərəqə alır

6 aprel

23:45. Barselona (İspaniya) - Şaxtyor (Ukrayna)
1.10 6.60 12.00

23:45. Çelsi (İngiltərə) - Mançester Yunayted (İngiltərə)
OXŞAR XƏBƏRLƏR