İZTİRABA DÖZƏNLƏRƏ HÖRMƏTLƏ...

İZTİRABA DÖZƏNLƏRƏ HÖRMƏTLƏ...
KÖŞƏ
18:45 12.01.2011
2489

Yorulanda ruhum,

İntihar edəcəm mən də

Sınanmamış bir üsulla.

Demək olar ki, bütün ağıllı qəlblər

İntihar edərək rədd olub dünyadan

Mən ateist deyiləm,

Atama bənzətdiyim Tanrıdan inciyən bir uşağam.

Əgər Tanrı intihar edənləri və Nietzche-ni

Cəhənnəmə göndərirsə,

Cəhənnəmdə yanmağı üstün tuturam mən də.

Tanrı dürüstlüyü sevir...

Tanrının təxəyyülünü bəyənmirəm.

Mən Tanrı olsam,

Peyğəmbərləri göndərməz

Vasitəsiz danışardım insanlarla.

Mən Tanrı olsam,

Hitleri ürəyiyumşaq bir yəhudi olmaqla cəzalandırardım,

Yaxud istedadlı bir yazar...

Ürəyindəki pisliyi insanlara deyil

Kağızlara boşaltsın deyə.

Mən Tanrı olsam,

Dövlətləri yox edərdim,

Qızılgül qoxulu fərdlər qalardı ancaq,

Atlar çılğın zamanları ötüb keçərdilər.

Mən Tanrı olsam,

Düşüncə gücüylə hər kəsin

Arzuladığı qəhrəmana çevrilməsinə imkan verərdim.

Beləliklə, dünya bir şeirin yaradılış prosesinə çevrilərdi.

İnsanlar kimi iztirablara dözməyi öyrənə bilmədiyim üçün...

Cesar  Mendoza ( Azərbaycan dilinə tərcümə etdi: İLAHƏ ƏKBƏRİ

OXŞAR XƏBƏRLƏR