32 avtobus sürücüsü işdən azad edildi - 78 nəfərə şiddətli töhmət verildi

32 avtobus sürücüsü işdən azad edildi - 78 nəfərə şiddətli töhmət verildi
SOSİAL
14:12 04.08.2016
1584
Bakı Nəqliyyat Agentliyi yarandığı gündən “Alo 141” çağrı mərkəzinə daxil olan şikayətlər əsasında 32 sürücünü vəzifə səlahiyyətlərini düzgün icra etmədiyinə görə və ciddi qayda pozuntuları əsasında işdən azad edib.
Bu barədə Nuridə Allahyarova məlumat verib. Onun sözlərinə görə, sürücünü işdən çıxartmaq daşıyıcı şirkətə məxsusdur: “Sürücü daşıyıcı şirkətlə müqavilə əsasında işləyir. Bakı Nəqliyyat Agentliyi “alo 141”ə gələn şikayətlər əsasında daşıyıcı şirkət qarşısında konkret sürücü ilə bağlı məsələ qaldırır".
“Alo 141” çağrı mərkəzi hazırda paytaxt nəqliyyatı ilə bağlı ümumi sualların, şikayətlərin cavablandırılacağı yeganə ünvandır. Çağrı mərkəzinə əsasən 16, 18, 21, 96, 124, 148, 150, 155, 168, 173, 175, 198 saylı marşrut xətlərində çalışan sürücülərdən şikayət daxil olub. Bu şikayətlər araşdırıldıqdan sonra 78 sürücü və digər məsul şəxs xəbərdarlıq və şiddətli töhmət alıb.
N. Allahyarova deyib ki, paytaxtda sərnişin daşınmasında istifadə olunmaqda olan istismar müddəti bitmiş və yararsız halda olan avtobuslarla bağlı Bakı Nəqliyyat Agentliyində tələblər işlənib: “Həmin tələblərə cavab verməyən avtobuslar bu ilin sonuna qədər mərhələli şəkildə xətdən çıxarılacaq, tam standartlara cavab verən avtobuslarla əvəzlənəcək. Bununla bağlı konsepsiyaya hazırlanıb. Konsepsiyaya əsasında zamanla bütün avtobuslar yenilənəcək. Konsepsiya bu ilin oktyabr ayından başlayaraq tətbiq olunmağa başlayacaq. Bununla bağlı sahibkarların qarşısına şərt qoyulub”.
Bundan başqa yeni konsepsiyaya görə, sərnişin daşınmasında istifadə edilən avtobus və taksilərin salonlarında həmin nəqliyyat vasitələrinin dövlət nömrə nişanı, sürücünün adı, soyadı və hər hansı bir neqativ hal baş verən zaman sərnişinin birbaşa müraciət edə bilməsi üçün “Alo 141” çağrı mərkəzinin nömrəsi də yazılacaq: “Bununla da, sərnişinlər sürücü ilə ünsiyyət qurmadan birbaşa Bakı Nəqliyyat Agentliyinin çağrı mərkəzinə zəng edərək şikayətlərini rəsmiləşdirə bilərlər. Həmçinin, bütün avtobusların salonuna nəzarət kamerası yerləşdiriləcək. Hesab edirik ki, bu yolla sürücülər daha məsuliyyətli olacaqlar”.
Lent.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hakan Fidan Rubio ilə İranın atdığı raketi müzakirə edib
00:21 05.03.2026
Hakan Fidan Rubio ilə İranın atdığı raketi müzakirə edib
İsrail Təbrizə güclü zərbə endirib
00:02 05.03.2026
İsrail Təbrizə güclü zərbə endirib
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
23:52 04.03.2026
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
23:44 04.03.2026
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM -  VİDEO
23:28 04.03.2026
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM - VİDEO
İranlı ayətullah cihad elan etdi
23:20 04.03.2026
İranlı ayətullah cihad elan etdi
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
23:17 04.03.2026
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
23:10 04.03.2026
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
23:03 04.03.2026
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
22:56 04.03.2026
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
22:44 04.03.2026
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
22:33 04.03.2026
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
22:27 04.03.2026
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
22:18 04.03.2026
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır
21:58 04.03.2026
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
21:54 04.03.2026
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib