Bakının Müşfiq qəsəbəsində 33 yaşlı qadını əqrəb sancıb.
Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Zemfira Vahidovanın ANS PRESS-ə verdiyi məlumata görə, avqustun 2-dən 3-nə keçən gecə qadını əqrəb sancıb.
Ona ilkin tibbi yardım göstəriləndən sonra Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.
Mövsümün ilk əqrəbsancması mayın 13-də qeydə alınıb. Mövsüm ərzində 34 nəfəri əqrəb sancıb.