34 mindən çox abituriyent ixtisas seçimi etdi

34 mindən çox abituriyent ixtisas seçimi etdi
Bütün Xəbərlər
12:44 10.08.2015
796

Ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək hüququ olan abituriyentlərin ixtisas seçimi davam edir.

AZXEBER.COM xəbər verir ki, 10 avqust saat 12:00-a olan məlumata görə ali məktəblərin I, II, III və IV ixtisas qrupları üzrə 34749 abituriyent, V ixtisas qrupu üzrə isə 8338 abituriyent qəbul olmaq istədiyi ixtisasları öz elektron ərizəsinə daxil edərək təsdiqləyib.

Xatırladaq ki, ixtisas seçimi avqustun 11-də saat 23:59-da başa çatacaq. Abituriyentlər müsabiqədə iştirak etmək üçün göstərilən vaxta qədər öz ixtisas seçimi ərizəsini təsdiqləməlidirlər. Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər.

OXŞAR XƏBƏRLƏR