34 yaşlı futbolçu karyerasını bitirdi

İDMAN
15:16 18.08.2023
210
Məşhur futbolçu yaşıl meydanlarla vidalaşıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bir müddət əvvəl İngiltərə Premyer Liqa təmsilçisi "Sauthempton"da çıxış edən Teo Uolkott karyerasını bitirdiyini açıqlayıb.
 
34 yaşlı ingilis futbolçu Teo Uolkott yaşıl meydanlarla vidalaşıb.
 
"Arsenal”da 397 oyun keçirən Uolkott 108 qol vurub, 80 məhsuldar ötürmə edib.

Teo Uolkott İngiltərə millisində 47 matçda çıxış edib.
 
Əfsanəvi futbolçu bu görüşlərdə 8 qol vurub.
 
Gülay
OXŞAR XƏBƏRLƏR