34 yaşlı qadın özünü 4-cü mərtəbədən atdı

34 yaşlı qadın özünü 4-cü mərtəbədən atdı
Bütün Xəbərlər
10:50 06.01.2012
1501
Abşeron rayonunun Xırdalan şəhərində intihar hadisəsi baş verib.
 Abşeron rayon Prokurorluğundan APA-ya verilən xəbərə görə, hadisə yanvarın 5-də qeydə alınıb. Rayon sakini, 1978-ci il təvəllüdlü Şəlalə Əlisanova yaşadığı binanın 4-cü mərtəbəsindən özünü ataraq intihar edib. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. 
 Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (qəsdən özünü öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR