İlkin olaraq, əsəri 25 milyona satmaq planlaşdırılıbmış. «Kola»nın ağ-qara rəsmi 1962-ci ildə çəkilib və Amerika istehlakçı mədəniyyətinin əsas simvollarından biri hesab olunur. Endi Uorholun özü isə müharibədən sonrakı dövrdə milyonçuların və kasıbların bu içkisilə fəxr edirdi. Uorhol bildirmişdi ki, Amerika yeni istehlak ənənəsi yaradıb. Bu içkini həm prezident, həm Elizabet Teylor, həm də ən adi adamlar belə içir. Böhran Uorholun əsərlərinin qiymətinə təsir etməyib. Onun ölümündən bir müddət öncə çəkdiyi avtoportret elə həmin hərracda 32,6 milyon dollara satılmışdı. Halbuki, hərrac bu əsərin satışından yalnız 10-15 milyon dollar götürəcəyini gözləyirdi. 2007-ci ildə onun «Yaşıl maşının qəzası» adlı əsəri isə 71,7 milyon dollara satılmışdı. Agentlik yazır ki, Uorholun əsəri ilə yanaşı, hərraca Roy Lixtenşteynin «Ays-krim soda» əsəri də çıxarılıb və o 14 milyon dollara alınıb. Həmçinin, Frensis Beykonun «Hərəkətdə olan fiqur» rəsmi hərrac evinin gözləntilərindən iki dəfə baha qiymətə - 14 milyona satılıb. Ümumilikdə, hərrac satış günü 55 lotdan 222 milyon 454,5 min dollar gəlir götürüb.