Müğənni “NME” jurnalı üçün şəffaf qiyafədə foto-şəkil çəkdirib. Qaqa jurnala maraqlı açıqlama da verib. Müğənni bildirib ki, hamı onu imicinə görə tanıyır: “Hər kəs mənim imicimdən ibarət olduğumu düşünür. Halbuki, bütün paltarlarımı, parikimi çıxarsanız, makiyajımı silsəniz, yenə də pianinonun arxasına keçib, sizi ağlada bilərəm”.