Bu da dünyanın ən sivil və demokratik ölkəsi Amerika. Hər zaman özünü sülh tərənnümçüsü kimi göstərən Birləşmiş Ştatlar demək olar ki, hər gün kriminal hadisələr yaşayır. Belə ki, ABŞ-ın Kaliforniya ştatının şimalında yerləşən Koredeliya şəhərinin sakinləri arasında atışma baş verib. Hadisə nəticəsində 3 nəfər həlak olub.
Amerika kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, atışmaya səbəb şəhər sakinlərinin arasında yaşanan münaqişə olub. İlkin məlumatda bildirilir ki, sakinlərdən biri münaqişə zamanı digər qonşusuna odlu silahdan atəş açıb, daha sonra isə silahı qalan iki qonşusuna tuşlayıb. Atəş nəticəsində cinayəti törədən də daxil olmaqla 4 nəfər yaralanıb, onlardan üçü həlak olub.
Qeyd edək ki, hələlik hadisəni törədən şəxsin sağ qalıb-qalmadığı məlum deyil, çünki ölənlərin adları açıqlanmır.
Daha bir atışma isə Texas ştatında baş verib. Naməlum şəxs şəhərin mərkəzində yerləşən “Qreyhaund” avtobus deposunun qarşısında polis işçilərinə atəş açıb. Hadisə nəticəsində 2 polis zabiti yaralanıb. Atəş açan şəxs qarajda barrikada qurubmuş, lakin sonradan onu ölü tapıblar. //Ans Press