Şəhidlər Xiyabanında özünü asdı

Bütün Xəbərlər
15:49 14.03.2011
1897

Hadisə ötən gün Şəhidlər Xiyabanında qeydə alınıb. Şəki rayon sakini, 1964-cü il təvəllüdlü Elxan Mütəllibov xiyaban ərazisində, şam ağacından özünü asıb. Onun meyiti ərazidə xidmət edən polis əməkdaşları tərəfindən aşkarlanıb. Dərhal hadisə ilə bağlı Səbail Rayon Prokurorluğuna məlumat verilib və əraziyə istintaq qrupu gəlib. Mərhumun üzərində zorakılıq əlamətləri aşkar edilməyib. E. Mütəllibovun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. 


OXŞAR XƏBƏRLƏR