Şəmkir rayonunun Düyərli kəndində 11-ci sinif şagirdi bıçaqla qətlə yetirilib. Axşam saatlarında baş vermiş hadisəyə iki gəncin arasında yaranmış mübahisə zəmin yaradıb. 17 yaşlı 11-ci sinif şagirdi Səid Allahverdiyev rayonun Zəyəm Cırdaxan kənd sakini, 21 yaşlı Elnur Nəsibov tərəfindən bıçaqlanıb.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi qaldırılıb, araşdırma aparılır.