Şabranda müəllimə bir gözü əlil olan 6-cı sinif şagirdini döyüb?

Şabranda müəllimə bir gözü əlil olan 6-cı sinif şagirdini döyüb?
Bütün Xəbərlər
15:46 09.03.2011
2119

Azərbaycanın Şabran rayonunda müəllim şagirdi döyüb. ANS TV-nin məlumatına görə, rayonun Pirəsəm kənd orta məktəbinin 6-cı sinif şagirdi Hüseyn İsayev iddia edir ki, kənd bələdiyyəsinin sədri və eyni zamanda kənd orta məktəbinin riyaziyyat və informatika müəllimi Turac Zəkiyeva tərəfindən döyülüb. 

İddiaya görə, hadisə fevralın 27-də informatika dərsində baş verib. İki sinfin birləşdiyi dərsdə müəllim Hüseyni dəcəllik etdiyinə görə döyüb. O, əvvəlcə əlində maşa ilə şagirdə yaxınlaşaraq “Bir gözün kor olub, indi o birisini də mən kor edərəm”, deyib. 

"Sonra isə belimdən sillələdi və başımdan tutaraq partaya vurdu", deyə şagir qeyd edib. 

Sağ gözündən əlil olan uşağının döyülməsinə dözməyən ata Şabran rayon Polis İdarəsinə müraciət edib. Şikayətçi tərəfin ərizəsindən sonra hüquq-mühafizə orqanları məsələyə müdaxilə edib. Hər iki tərəfin izahatı alınıb. Zərərçəkən tərəfdən iki dəfə izahat alınıb. 

Amma Hüseynin izahatına sonradan əlavə və dəyişikliklər edilib. Uşağın sözlərinə görə, müstəntiq martın 4-də məktəbə gələrək direktorun otağında ondan ikinci dəfə izahat alıb: "Hədələdilər məni. Otağa salıb dedilər ki, nə deyiriksə onu da yaz". 

Şabran Prokurorluğunun böyük müstəntiqi Elmar İsmayılov isə Hüseynin ifadəsinin təklildə deyil, sinif rəhbəri və direktorun iştirakı ilə alındığını bildirib. Onun sözlərinə görə, azyaşlıını bədənində xəsarət izi də yoxdur. Şagird sadəcə şuluqluq etdiyi üçün tənbeh edilib. 

Hadisə baş verən gün məktəbdə olmadığını deyən məktəb direktoru Hətəmşah Məmmədov isə belə bir faktın mövcud olmadığını iddia edib. Hadisədən bir neçə gün sonra xəbər tutan direktor bunu ailələr arasında olan şəxsi ədavətlə əsaslandırıb. 

Yaranan məsələni əsassız adlandıran Turac Zəkiyeva da şəxsi ədavəti ön plana çəkib: “O, ailənin mənimlə qərəzi var. Çünki uşağın əmisi Elxan məndən əvvəl kənddə bələdiyyə sədri olub. 2010-cu ildə isə mən seçilmişəm. Təhvil-təslim zamanı Elxanın işində korrpsiya ilə bağlı şübhəli məqamlar olduğu üçün, indi onun işi məhkəmədə araşdırılır. Məndən acıq çıxmaq üçün bu oyunu düzəldiblər. Mən uşağı döyməmişəm. Sadəcə şuluqluq etdiyinə görə irad tutumuşam”.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Avropa çempionu antidopinq qaydalarını pozduğuna görə yarışlardan kənarlaşdırılıb
18:43 15.05.2025
Avropa çempionu antidopinq qaydalarını pozduğuna görə yarışlardan kənarlaşdırılıb
Karlo Ançelotti üç məşhur braziliyalı futbolçunun millidəki taleyi ilə bağlı qərar verib
18:31 15.05.2025
Karlo Ançelotti üç məşhur braziliyalı futbolçunun millidəki taleyi ilə bağlı qərar verib
London ICAO-nun Rusiya ilə bağlı qərarını "tarixi" hesab edir
18:20 15.05.2025
London ICAO-nun Rusiya ilə bağlı qərarını "tarixi" hesab edir
Tramp: Qətər "Əl-Udeyd" aviabazasına 10 milyard dollar ayıracaq
18:09 15.05.2025
Tramp: Qətər "Əl-Udeyd" aviabazasına 10 milyard dollar ayıracaq
Tanınmış fotoqraf Valeh Arifoğlu fəxri üzvü seçildi
17:59 15.05.2025
Tanınmış fotoqraf Valeh Arifoğlu fəxri üzvü seçildi
Lavrov: Zelenski yazıq adamdır
17:57 15.05.2025
Lavrov: Zelenski yazıq adamdır
SOCAR-da yeni təyinat: Vasif Əmirova yüksək vəzifə verildi
17:49 15.05.2025
SOCAR-da yeni təyinat: Vasif Əmirova yüksək vəzifə verildi
İstanbulda danışıqların başlama vaxtı hələ bəlli deyil
17:30 15.05.2025
İstanbulda danışıqların başlama vaxtı hələ bəlli deyil
Konyada 5,2 maqnitudalı zəlzələ olub
17:27 15.05.2025
Konyada 5,2 maqnitudalı zəlzələ olub
“AXC-nin qurulmasında iştirak etmiş böyük şəxsiyyətlərimizin ruhu şaddır” - Gülər Mübariz yazır
17:08 15.05.2025
“AXC-nin qurulmasında iştirak etmiş böyük şəxsiyyətlərimizin ruhu şaddır” - Gülər Mübariz yazır
Müğənni Nigar Rəhimovanın "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edilməsinin TƏFƏRRÜATI
16:59 15.05.2025
Müğənni Nigar Rəhimovanın "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edilməsinin TƏFƏRRÜATI
Qəzzada ölənlərin sayı 53 mini keçdi
16:54 15.05.2025
Qəzzada ölənlərin sayı 53 mini keçdi
İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşü başladı
16:44 15.05.2025
İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşü başladı
Tramp: Putinlə görüşüm olmadan Ukrayna ilə bağlı danışıqlarda irəliləyiş mümkün deyil
16:43 15.05.2025
Tramp: Putinlə görüşüm olmadan Ukrayna ilə bağlı danışıqlarda irəliləyiş mümkün deyil
Alzheimer xəstələri üçün ağıllı bilərzik kəşf olundu
16:27 15.05.2025
Alzheimer xəstələri üçün ağıllı bilərzik kəşf olundu
Azərbaycan Hüseyn Həsənovu Rusiyaya təhvil verə bilərmi? - "Əgər cinayəti təsdiqlənərsə..."
16:23 15.05.2025
Azərbaycan Hüseyn Həsənovu Rusiyaya təhvil verə bilərmi? - "Əgər cinayəti təsdiqlənərsə..."