"Şalke" yoxsa "Mançester Yunayted"

İDMAN
17:56 26.04.2011
1867

Almaniyada keçirilən ilk görüşdə turnirin sürpriz komandası olan “Şalke” ilə favorit “Mançester Yunayted” görüşəcək. ÇL-i “Real”ın heyətində 3 dəfə qazanan Raul bu dəfə öz təcrübəsi ilə yeni komandasını finala çıxarmağa çalışacaq. İspaniyalı hücumçunu hələ qol vura bilmədiyi təcrübəli hollandiyalı Edvin van der Sarla növbəti qarşıdurma gözləyir. ÇL-nin son qalibi “İnter”i mübarizədən kənarlaşdıran “Şalke” pley-off mərhələsində hələ uduzmayaraq, son 3 oyunda qalib gəlib. Daha şanslı olan “Mançester Yunayted” səfərdə münasib nəticə qazanarsa, finalın bir addımlığında olacaq. 


26 aprel
23:45. “Şalke” (Almaniya) – “Mançester Yunayted” (İngiltərə)

OXŞAR XƏBƏRLƏR