Şeyx Ərdoğanı təbrik etdi - MƏKTUB

Şeyx Ərdoğanı təbrik etdi - MƏKTUB
Bütün Xəbərlər
10:55 14.06.2011
1406

 

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib. Məktubda Allahşükür Paşazadə Ərdoğanı rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının parlament seçkisində inamlı və parlaq qələbə qazanması münasibətilə təbrik edib: "Bu seçimlər Türkiyəni daha da güclü etdi. Bu, bütün türk dünyasının böyük uğurudur. Bu, həm də Türkiyə Cumhuriyyəti ilə əbədi və qırılmaz tellərlə bağlı, "bir millət, iki dövlət" olan Azərbaycanın uğurudur. Zatən, sevincimiz və kədərimiz birdir".

OXŞAR XƏBƏRLƏR