Nottingem Kral Məhkəməsindən verilən məlumata görə, 42 yaşlı imam Qurani-Kərim dərslərinə qatılmış həmin oğlanın 15 yaşlı əmioğlusuna da təcavüzdə şübhəli bilinir.
Prokuror Tarik ben Şakur bildirib ki, Şeffilddə yaşayan İmam Məhəmməd Hənif çalışdığı məsciddə günortadan sonra Qurani-Kərim və Şəriət dərsləri keçir, uşaqlara İslamı öyrədirdi.
"Adını çəkməyəcəyim oğlan 2009-cu ildə, 12 yaşında olanda ilk dəfə orada, axşam namazından sonra zorlanıb. İmam sonradan dəfələrlə həmin oğlana təcavüz edib və bildirib ki, əgər kiməsə xəbər versə, onu "əbədi susduracaq". Bir qədər keçib, oğlanın atası övladının gecələri imamın evində keçirməsindən şübhələnib və vəziyyəti araşdırmaq qərarına gəlib. Hər şey də bu zaman faş olub", - prokuror söyləyib.
Onun sözlərinə görə, 12 yaşlı oğlanın əzabları üç ay davam edib - ta ki, uşağın atası bu biabırçılıqdan xəbər tutana qədər.
Prokuror daha sonra bildirib ki, şeyx Məhəmməd Hənif dəfələrlə zorladığı oğlanın qohumu, 15 yaşlı oğlana da "tamah salıb": "2009-cu ildə o, həmin oğlana "marketdən çıxmışam, alış-verişim çoxdur, mənə yardım et" deyərək aldadıb. Onlar imamın evinə daxil olanda isə Hənif növbəti potensial qurbanına təcavüz etməyə çalışsa da, 15 yaşlı oğlan əxlaqsız şeyxin əlindən qurtularaq qaçıb.
Təcavüzlərdə ittiham olunan imam Məhəmməd Hənif isə bütün bunların "qurama və saxta suçlamalar" olduğunu deyib.
Şeyx Məhəmməd Hənif Həkkani Kərimi Böyük Britaniyanın müsəlman icmasının mənsubları arasında çox savadlı, nüfuzlu və bilikli din xalimi kimi tanınırdı. //milli.az
{jcomments off}