ŞOK! İRAQDA “KURTLAR VADİSİ” DƏHŞƏTİ

Bütün Xəbərlər
16:18 25.12.2010
2267

İraqın Nəcəf şəhərində qorxunc hadisə baş verib. Azxeber.com portalının “Akşam” qəzetinə istinadən verdiyi xəbərə görə,  serialın təsiri altında hərəkət edən şəxslər Əli adlı oğlanı oxuduğu məktəbin yanında - sinif yoldaşlarının gözü qarşısında döyə-döyə qətlə yetiriblər. Bu hadisənin ardından İraq rəsmiləri serialda zorakılıq səhnələrinin artdığını qeyd ediblər.

“Kurtlar Vadisi” serialının ərəb dilinə tərcümə edən şirkət isə İraq və Suriyada bu serialın obrazlarının qəhrəman kimi qəbul edildiyini bildirib. O, da qeyd olunur ki, həmin ölkələrdəki gənclər serialın obrazlarının vətənini sevən qəhrəman kimi qəbul edirlər və özlərini onlara oxşatmaq istəyirlər.

Xatırladaq ki, Türkiyədə iyun ayında serialın təsiri altına düşən  8 yaşlı Onur Öztəpə özünü asmışdı. Hadisənin ardından aparılan araşdırmaya görə azyaşlının serialdakı İsgəndər obrazının asılma səhnəsindən təsirləndiyi ortaya çıxdı.

 

OXŞAR XƏBƏRLƏR