ŞOK! "Azadlıq"ın yazarı "Əli Kərimli aksiyası"nın iştirakçılarını təhqir etdi

Bütün Xəbərlər
11:42 07.04.2011
1960

  AZXEBER.COM-un məlumatına görə, yazının birinci hissəsində adıçəkilən rayonlarda olan problemlərə, AXCP fəalı Təzəxan Mirələmliyə həsr olunub. Köşənin ikinci hissəsi isə "Əli Kərimlinin söyüşünü bal kimi dadanlara" adlanır. Burada Güləhmədoğlu AXCP sədrinin evinin qarşısında aksiya keçirənləri təhqir etməkdən belə çəkinməyib.

 AZXEBER.COM portalı Azadlıq qəzetinin bugünki sayında dərc olunan yazının həmin hissəsini olduğu kimi təqdim edir:

"Bizim ellərdə “peysərə atmaq” kimi xoş olmayan ifadə var. Bu sözü adətən heç bir mənəvi cavabdehlik daşımayanlar haqda işlədirlər. Belələrinə, qısaca “peysər” də deyilir. Onların bir yığını ötən həftə AXCP sədri Əli Kərimlinin evinin qarşısındaydı.
Əli Kərimlinin ona qarşı “qara piar”a 2005-ci ildə televiziyadan verdiyi cavab hamının yadındadır. Bir qrup gəda-güda unudubsa, mən mərhəmət göstərib xatırladaram: “Kimin kişiliyimə şübhəsi varsa, ən inandıqları adamı - bu, yəqin ki, onların arvadları olar, göndərsinlər yanıma, səhər onlardan kişiliyimlə bağlı arayış alsınlar”.
Bir batman balla yeyilməsi mümkün olmayan sözlərdən sonra Əli Kərimlinin evi qarşısına toplayıb banlayanlar haqda “peysər” sözünün çox yumşaq olduğunu bildim. Mənəvi ölçülərini itirmiş bu adamlara 2005-ci ildəki ifadələri Əli bəyin xanımı jestlərlə xatırlatdı. Lakin arifə bir işarə bəs olsa da, nadan min bir işarə ilə də qanmır. Insan da bir “molodes” üçün özünü, əzizlərini açıq və ictimai təhqirə məruz qoyarmı? “Insan”dan söhbət gedirsə, cavab əlbəttə ki, “yox”dur..."

Mövzuyla bağlı qarşı tərəfin də fikrini öyrənməyə çalışdıq. Aksiyada iştirak edən bir neçə nəfərlə əlaqə saxlasaq da, onlar yazı ilə tanış olduqdan sonra fikirlərini bildirəcəklərini söylədilər. AZXEBER.COM portalı qarşı tərəfin də fikrini yayımlamağa hazırdır.

OXŞAR XƏBƏRLƏR