ŞOK! Bakıda bəy-gəlin toy mərasimində qarət olundu

Bütün Xəbərlər
09:25 07.04.2011
2002
Rauf OrucovbəyNadir Musayevəyaxınlaşaraq ondan bəy və gəlinə məxsus üzükləri alıb. R.Orucov nikah mərasimində üzükləri onlara təntənəli şəkildə verəcəyini qeyd edib. Bəy isə inanaraq üzükləri ona verib. Sonradan bəy üzüklərinin geri qayıtmadığını görüb, restoran rəhbərliyindən bunu tələb edib. Məsələ açılandan sonra məlum olub ki, şadlıq sarayında Rauf adlı işçi yoxdur. Hazırda bəy-gəlini qarət edən şəxsin axtarışları davam etdirilir.

Onu da əlavə edək ki, bu, şadlıq saraylarında törədilən ilk belə hadisə deyil. Bir müddət əvvəl Bakının Xətai və Nizami rayonları ərazisində yerləşən şadlıq saraylarında bəy və gəlin toy günü qarət olunublar. Orada da eyni ssenari təkrar olunub. Naməlum şəxs restorana daxil olan bəy-gəlinə yaxınlaşaraq özünü firma işçisi kimi təqdim edib və onlardan üzüklərini vermələrini istəyib. Həmin şəxs bildirib ki, kəbin masasında üzük onlara qaytarılarkən firma tərəfindən qiymətli hədiyyə də veriləcək... //milli.az

 

OXŞAR XƏBƏRLƏR