Bu maraqlı açıqlamalarla hazırda Azərbaycanın ən istedadlı müğənnisi statusunu özündə saxlayan Röya çıxış edib. ANS televiziyasının “Zərif çərşənbə” verilişində qonaq olan müğənni tanınmış teleaparıcı Sevil Nuriyevanı və tamaşaçıları öz açıqlamaları ilə ovsunlayıb. Röya uşaqlığının çətinliklər içində keçdiyini, həyatda bir çox səhvlərə yol verdiyini, insanlara inandığını, lakin onların tərəfindən aldadıldığını, atasız qaldığını, ailə qurandan sonra isə tamamən dəyişdiyini deyib. Müğənni vaxtı ilə internetdə yayılan çılpaq görüntülərinin yığışdırılmasını istədiyini, gələcəkdə oğlunun belə şeylərə baxmasını istəmədiyini deyib. Və bu mövzuda şokedici açıqlama da verib: “Kimlər üçünsə bunu elədilər. Onların görüntülərini yığışdırdılar. Bunu eləyən adamlar bilməlidirlər ki, onsuz da o adamın heç kimi yoxdur ki, sabah baxanda pis olsun. Mənim isə oğlum var. Ancaq mən buna da hazıram. Necə ki, mən atamı bağışlamışam. Oğlum da məni başa düşər. Axı atam anamla boşanandan sonra evlənməyib. Onu başqa övladları olmayıb. Ona görə də, mən hər şeydən keçdim, atama birinci ev aldım...”
Müğənni vaxtı ilə müxalifət qəzetlərinin ona böyük zərbə vurduğunu da açıqlayıb: “Yazdılar ki, guya məni narkotik üstündə tutdurublar, qaynanası eləyib. Bunlar mənasız söhbətlər idi”.
Sənətçi məclislərdə özünə qarşı böyük diqqət gördüyünü, bundan utandığını da bildirib: “Bir də görürsən ki, kimsə yaşlı bir insan əlimi öpür. Deyirəm ki, siz Allah belə şeylər eləməyin. Deyəcəklər Röya özü öpdürür”. //Qafqaz.info