Bundan başqa səhifədə yazılıb: “Bir daha Facebookda Azərbaycan və Türkiyə ilə bağlı səhifə açmayın. Əgər belə səhifə görsək, həmin səhifəni də işğal edəcəyik. Bu son xəbərdarlığımızdır”.
Ələ keçirilən səhifəyə PKK lideri Abdullah Öcalanın şəkli vurulub. Adıçəkilən qrup dünəndən etibarən səhifədə Azərbaycan və Türkiyə əleyhinə statuslar, videolar paylaşırlar.
Səhifənin azərbaycanlı və türk üzvləri isə hər kəsi bu səhifədən şikayət etməyə çağırır. Bunun üçün səhifəyə daxil olub, səhifəni bəyənmədən şikayət et (report page) düyməsini basmaq lazımdır. Səbəb kimi isə “milləti təhqir”I göstərmək lazımdır.
AZXEBER.COM portalı olaraq hər bir azərbaycanlı və türkdən bu səhifəni şikayət etməyi xahiş edirik. Məsələyə yenidən qayıdacağıq...