Səudiyyə Ərəbistanında dəhşətli hadisə baş verib. Belə ki, ölkənin şərqində yerləşən Dammam şəhərinin sakini 9 il ərzində öz qızını zorlayıb. Qız 19 yaşına çatandan sonra polisə müraciət etmək qərarına gəlib. Zorlandığını iddia edən qız 10 yaşından atası tərəfindən təcavüzə məruz qaldığını bildirib.
Səudiyyə Ərəbistanının "Sabq" qəzeti yazır ki, adı çəkilməyən qız əvvəl polisə müraciət etməyə qorxduğunu və atasının onun hədələdiyini etiraf edib. Məlumata görə, qızı zorlayan atanın məhkəməsi yaxın vaxtlarda başlayacaq. O, bundan öncə narkotik və spirtli içki istifadəsinə görə 16 il həbs cəzası çəkibmiş.
//Ans Press