ŞOK! Təhsil Nazirliyində əməliyyat: nazirliyin bir neçə əməkdaşı saxlanılıb

ŞOK! Təhsil Nazirliyində əməliyyat: nazirliyin bir neçə əməkdaşı saxlanılıb
Bütün Xəbərlər
14:58 06.06.2011
2071

Məlumata görə, əməliyyat Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində başlanmış cinayət işi ilə əlaqədar həyata keçirilib. 

Əməliyyat zamanı bir neçə nəfərin izahatı alınıb. Bundan başqa, nazirliyin bir neçə əməkdaşının saxlanıldığı bildirilir.

Bir neçə saat sonra isə nazirlik əməkdaşlarının saxlanılmasına aydınlıq gətirib. Bunu APA-ya açıqlamasında Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə deyib. 

O bildirib ki, bu il mayın 7-də Təhsil Nazirliyi Rafiq Hüseynov adlı bir şəxsin təhsil sahəsi üzrə dövlət sənədlərini saxtalaşdırması ilə bağlı Respublika Baş Prokurorluğuna müraciət edib. Həmin müraciət əsasında R. Hüseynov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. B. Hüseynzadə təhsil işçisi olmayan R. Hüseynovun “fırıldaqçı” olduğunu deyib: “Bu gün isə nazirliyin Orxan Kərimov adlı əməkdaşı şübhəli şəxs qismində saxlanılıb. Hamı bilməlidir ki, bu işlər Təhsil Nazirliyinin təşəbbüsü ilə keçirilib”.

 

OXŞAR XƏBƏRLƏR