AZXEBER.COM-un məlumatına görə, Abbaslı 6 aprel tarixində universitetdən qovulub. Bu haqda jurnalistika fakültəsində Tural Abbaslının əmri yazılıb:
"Jurnalistika fakültəsinin HSM 050003 “Publilistika jurnalistika” ixtisaslaşması üzrə əyani şöbəsində təhsil alan, Müstəqil Azərbaycan özəl universitetinin bakalavr pilləsini 2003-cü ildə bitirmiş, 2-ci kurs ödənişli magistrantı Tural Abbaslı 2010/2011-ci tədris ilinin qış imtahan sessiyasında üç fəndən qalan akademik borcunu müəyyən edilmiş müddətdə ləğv etmədiyinə və təhsil haqqını ödəmədiyinə görə 06.04.2011-ci il tarixdən Universitet magistrantları sırasından xaric edilsin".
Xatırladaq ki, Tural Abbaslı hazırda həbsdədir və onun haqqında 2 aylıq həbs qəti imkanı seçilib.
Hacıbəy HEYDƏRLİ