Azxeber.com portalının Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə Türkiyənin Adana şəhərində baş verib. Marketə alış-veriş etmək üçün girən 15 yaşlı məktəbli F.N, market sahibi 61 yaşlı Necmeddin A. tərəfindən təcavüzə məruz qalıb. F.N-nin aldığı ərzaqların pulunu götürməyən dükan sahibi, məktəbliyə şokolad verərək ona təcavüz etməyə başlayıb.
Evə qayıdan 15 yaşlı qız hadisəni anasına danışıb. Bunun ardından polisə müraciət edən ailə Nəcməddin.A-nın həbs edilməsini tələb edib.
Məhkəməyə çıxardılacaq cinayətkarın 10 il həbs cəzasına məhkum ediləcəyi gözlənilir.