Şoumen Murad Dadaşov "Bakı" ilə anlaşdı

ŞOU-BİZNES
07:30 12.02.2011
1456

 

Oğlunu “Bakı” futbol klubunun sıralarında görmək istəyən Dadaşov niyə, məhz, “Bakı” futbol klubuna üstünlük verməsi barədə fikirlərini belə ifadə edib:

“Bakı ” futbol klubu sürətlə inkişaf edən bir ölkənin aparıcı klublarından biridi. “Bakı”nın özünəməxsus dəst-xətti var, bu klub adı ilə seçilir. Klubun fəaliyyəti, görülən böyük işlər barədə çox eşitmişəm. Rəhbərliyin futbolçulara qayğısı və yüksək klub mədəniyyətindən xəbərdaram. Bilirəm ki, “Bakı”da böyük bir ailə anlayışı var. Burada heç kim diqqətdən kənarda qalmir. Uşaq futboluna olan diqqət , gənc nəslə olan hörmət mənim seçimiimdə əsas rol oynadı. Oğlumu bu klubda görmək məni sevindirir.

“Bakı”nın oyunlarını vaxt olduqca izləyirəm və klubun uğurları məni sevindirir. İnanıram ki, “Bakı” qarşıda duran bütün vəzifələrin öhdəsindən layiqli şəkildə gələcək”.

Milli.Az

OXŞAR XƏBƏRLƏR