38 əcnəbi saxlanıldı

38 əcnəbi saxlanıldı
Bütün Xəbərlər
00:03 17.07.2012
688
Azərbaycanda miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Azərbaycanın Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər ötən həftə ərzində də davam etdirilib.Dövlət Miqrasiya Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, 9-14 iyul tarixlərində Xidmət tərəfindən Bakı və Sumqayıt şəhərlərində qanunsuz miqrasiyaya qarşı müvafiq tədbirlər keçirilib. Keçirilən tədbirlər nəticəsində Azərbaycanın qanunvericiliyinin tələblərinə zidd olaraq ölkə ərazisində etibarsız sənədlərlə yaşayan və fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilən 38 əcnəbi aşkar edilərək barələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339 və 340-1-ci maddələrinə uyğun müvafiq qərarlar qəbul edilib.
OXŞAR XƏBƏRLƏR