NATO bildirib ki, hadisə, güman edildiyi kimi, mübahisə nəticəsində Kabul aeroportunda baş verib.
Əfqanistan Müdafiə Nazirliyi bildirib ki, insident Əfqanistan Hava Qüvvələrinə məxsus obyektdə baş verib.
Əfqanistanda son zamanlar yerli təhlükəsizlik personalı tərəfindən xaricilərə edilən hücumlar arasında sözü gedən hücum ölənlərin sayına görə ən iri miqyaslısıdır.
NATO qüvvələrinin sözçüsü Tim James bildirib ki, insident zamanı kiçik çaplı silahlardan atışma baş verib.
Onun sözlərinə görə, atışmanın nədən başlaması məlum deyil.
Ölənlərin milliyəti onların ailələri məlumatlandırılana qədər açıqlanmır.
Şahidlər bildirib ki, hadisə baş verən yerdə təhlükəsizlik tədbirləri sərtləşdirilib, həyacan təbili çalınır.
Əfqan təhlükəsizlik qüvvələrinin rəsmisi BBC-yə bildirib ki, pilotun adı Gul Ahmaddır. O, Kabulun Taraxil məhəlləsindəndir.
Rəsminin sözlərinə görə, sözü gedən pilot ruhi xəstəlikdən əziyyət çəkib.
Rəsmi əlabvə edib ki, güman edildiyinə görə, hadisə pilotun xarici həmkarları ilə mübahisəsi nəticəsində baş verib. Yaxudda Taliban tərəfindən səfərbər edildikdən sonra planlaşdırılıbmış.
Taliban, öz növbəsində, insidentə görə məsuliyyəti öz üzərinə götürüb.
Taliban bunu Associated Press xəbər agentliyinə göndərilən mətn vasitəsi ilə edib.
Lakin Əfqan rəsmiləri üsyançıların fəallıq nümayiş etdirdikləri xəbərini təsdiq etmirlər.
Bu arada müxbirlər qeyd edir ki, Əfqan hərbi qüvvələrinə keçirilən tələsik səfərbərlik Talibançıların polis və ordu sıralarına yol tapa biləcəkləri barədə narahatlığı gücləndirib.
NATOnun Əfqanistandan çıxmaq strategiyası nəızarətin tezliklə yerli təhlükəsizlik qüvvələinə təhvil verilməsini nəzərdə tutur.
İndiyə qədərki, xarici qulluqçulara son dövrün hücumları sırasında ən qanlısı Noyabr ayında baş vermişdi. O zaman Əfqan polisinin əməkdaşı 6 ABŞ əsgərini öldürmüşdü.
Aprelin 4-də Əfqan sərhəd polis əməkdaşı şimaldakı Fəryab vilayətində 2 NATO əsgərini öldüdü.
BBC-nin Kabuldakı müxbiri Quentin Sommerville deyir ki, xarici qoşunlar, bütövlükdə olmasa da, geniş şəkildə Əfqan həmkarlarına inanırlar, lakin hesab edirlər ki, onlara göz qoyulmalıdır.