Əfran İsmayılovun kürəyini yerə vurdular (VİDEO)

İDMAN
22:05 03.05.2011
1790

Təhsil ocağını gəzən "Qarabağ" üzvləri idman zalına da baş çəkib. Bu zaman isə maraqlı hadisə baş verib. Komandanın aparıcı futbolçularından Əfran İsmayılov güləşmək həvəsinə düşüb. 

Güləş müəllimi ilə qüvvəsini sınayan Əfran, məğlub olsa da, futboldan başqa bir idman növündə də uğur qazana biləcəyini göstərib. Əfranın güləşdiyi müəllim Türkiyədə milli dərəcəli müəllim kimi tanınır.

Əfran görüşdən sonra həmin müəlimlə bir daha güləşmək istədiyini və ondan revanşı almaq niyyətində olduğunu da qeyd edib.

/// premyerliqa.az

 

OXŞAR XƏBƏRLƏR