AZXEBER.COM-un “Azərtac” dövlət agentliyinə istinadən verdiyi məlumata görə, Ə. Davudoğlu bildirib ki, hər dəfə Bakıya getdiyində şəhərin gözəlləşməsindən qurur duyur.
Azərbaycanda sürətli iqtisadi inkişafdan əldə olunan gəlirin bir hissəsinin də paytaxt Bakının abadlaşmasına yönəldildiyini vurğulayan türkiyəli nazir qeyd edib ki, gündən-günə gözəlləşən Bakı ilə İrəvanı müqayisə etdikdə, sonuncu geridə qalmış bir kənd kimi görünür.
Türkiyənin xarici işlər naziri Azərbaycanın “Evrovision-2011” mahnı müsabiqəsində qələbəsini də ölkənin inkişafının bir əlaməti kimi dəyərləndirib, bundan böyük sevinc hissi keçirdiyini söyləyib.