Mahmud Əhmədinejad kəşfiyyat naziri Heydər Moslehini istefaya göndərmək cəhdinin qarşısı Əli Xamneyi tərəfindən alındıqdan sonra onların münasibətləri korlanıb. Aprelin 17-də Heydər Moslehi Əhmədinejadın təkidi ilə istefa ərizəsi yazıb. Amma Əli Xamneyinin qərarı ilə nazir vəzifəsinə bərpa olunub.
Mahmud Əhmədinejad isə Əli Xamneyinin qərarından narazılığını açıq şəkildə bildirib. O, vəzifəsindən azad etdiyi Heydər Moslehinin yenidən nazir postuna qayıtmasını açıq şəkildə dəstəkləməkdən imtina edib. Ötən həftənin cümə günündən sonra isə Mahmud Əhmədinejad ictimaiyyət qarşısına çıxmır.//lent.az