Əhmədinejat Ermənistana getmədi

Əhmədinejat Ermənistana getmədi
Bütün Xəbərlər
12:09 06.06.2011
1323
İran prezidentinin informasiya kommunikasiyaları administrasiyası rəhbərinin müavini Məhəmməd Həsən Salehi Məram bu haqda məlumat verib. Onun sözlərinə görə, səfərin təxirə salınmasına səbəb iki tərəf arasında bəzi sənədlərin imzalanmasının planlaşdırılmasına rəğmən Ermənistan tərəfinin sənədləri vaxtında hazırlamamasıdır.

Məhəmməd Həsən Salehi Məramın sözlərinə görə, Əhmədinejatın səfəri sənədlər hazırlanan kimi baş tutacaq.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ramin Mehmanpərəst isə yaxşı qonşuluq münasibətləri çərçivəsində iki ölkə əlaqələrinin yüksək səviyyədə olduğunu bildirib. Mehmanpərəstin bildirib ki, bu ziyarət iqtisadi əməkdaşlıq sahəsində sənədinin imzalanması üçün nəzərdə tutulub.

 

OXŞAR XƏBƏRLƏR