Əkrəm Əylisli Azərbaycan Universitetinin qonağı olub

GƏNCLİK
12:56 28.12.2010
2625

Universitetin akt zalında keçirilən görüşdə universitetin tələbələri, professor və müəllim heyəti iştirak edib. Tədbiri giriş sözüylə açan Azərbaycan Universitetinin rektoru, professor Akif Musayev qonaqı salamlayıb. Ardınca universitetin Azərbaycan filologiyası və jurnalistika kafedrasının müdiri Ülviyyə Rəhimova tələbələrə Əkrəm Əylislinin həyat və yaradıcılığı barədə məlumat verib. O deyib ki, yazıçı müxtəlif dillərdə çap olunmuş onlarca povest və hekayənin müəllifidir, pyesləri bir çox teatrların səhnələrində tamaşaya qoyulub. Əkrəm Əylisli dünya ədəbiyyatı klassiklərinin bir sıra əsərlərini Azərbaycan dilinə də tərcümə edib. Ülviyyə Rəhimova bildirib ki, yazıçının müasir dövr yaradıcılığı əvvəlkindən xeyli fərqlənir, müasir dövrdə milli-mənəvi dəyərlərin qorunmasına yönəlib.

 

Azərbaycan filologiyası və jurnalistika kafedrasının müəllimi Asiyyat Tinayeva Əkrəm Əylisli özünəməxsus yaradıcılığı və fərdi üslubu ilə seçildiyini söyləyib: “Yazıçının üslubu lirizmlə şərtlənir. Müəllif həyat hadisələrini nağıllandıraraq təsvir edir. Əsərlərinin adları da nağılla bağlıdır. Onun demək olar ki, bütün əsərlərində təsvir olunan Buzbulaq kəndi, saflığın və təmizliyin mənəvi simvoludur”.

Asiyyat Tinayeva qeyd edib ki, Ə. Əylislinin əsərlərində təbiətə münasibət maraqlıdır, yazıçı insanı təbiətin bir parçası kimi təsvir edir, təbiət kultlarını obraz səviyyəsinə qaldırır.

Tənqidçi alim Vaqif Yusifli, müasir ədəbi prosesdə Əkrəm Əylislinin yaradıcılığını xüsusi bir mərhələ hesab edərək, əsərlərinin bədii dilindən sitatlar gətirib.
Əkrəm Əylisli universitet rəhbərliyinə və tələbələrə təşəkkür edib, həyat və yaradıcılığına dair ona ünvanlanan müxtəlif sualları cavablandırıb. Tədbirdə yazıçının həyat və yaradıcılığını əks etdirən slayd da nümayiş olunub.

 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb