Tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı çıxışında bildirib ki, ümummilli lideri Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu və banisidir və müasir Azərbaycanın inkişaf və tərəqqisi ulu öndərin adı ilə bağlıdır. Onun sözlərinə görə, ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsilə Azərbaycanın həyatında yeni mərhələ başlayıb. Məhz bu tarixdən başlayaraq xalqımızın və respublikamızın taleyində müsbətə doğru böyük dəyişikliklər başlanıb: “Sovetlər dönəmində Azərbaycanda nə qədər möhtəşəm işlərin həyata keçirildiyi hamıya məlumdur. Müstəqillik dövründə isə ulu öndər hakimiyyətə qayıtmaqla Azərbaycanı məhv olmaqdan xilas etdi. Bu gün ölkəmiz ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində uğurla inkişaf edir, güclənir, beynəlxalq müstəvidə mövqelərini möhkəmləndirir”. Millət vəkilinin sözlərinə görə, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, prezident İlham Əliyevin uğurla həyata keçirdiyi gənclər siyasətinə bugünkü gənclər hərtərəfli dəstək verirlər.
YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov partiya tərəfindən hər il ulu öndər Heydər Əliyevin anım gününün təntənəli şəkildə qeyd olunduğunu bildirib. Onun sözlərinə görə, Heydər Əlyev irsinin öyrənilməsinə, Azərbaycan dövləti, xalqına göstərdiyi yüksək faydaları ilə əlaqədar informasiyanın daim yenilənməsinə ehtiyac var: “Azərbaycan gəncliyi bu istiqamətdə yeniliyə imza atmalıdır. Bu gün Azərbaycan gəncliyinin firavan, qayğısız böyüməsinin fundamental əsası Heydər Əliyevin yürütsüyü siyasət nəticəsində qoyulub, ölkəmizdə stabilliyin təmin olunması və sürətli iqtisadi, siyasi, sosial inkişaf etməsi sahəsində uğurlar əldə edilib. Azərbaycan hökumətinin fəaliyyətində gənclərlə bağlı siyasət əsas yerlərdən birini tutur. Gənclərin yaxşı təhsil alması, müasir dünyagörüşünə yiyələnməsi, malik olduğu potensialı ortaya qoyması və bu potensialı Azərbaycanın inkişafı istiqamətinə yönəltməsi bu gün hökumətimizin həyata keçirdiyi siyasətin əsas qayəsi, ideya bazasdır”.
Ölkə Prezidentinin sərəncamı əsasında 2011-2015-ci illərdə Azərbaycan gəncliyinin inkişafı ilə əlaqədar Dövlət Proqramının hazırlandığını deyən Əli Əhmədovun sözlərinə görə, bu proqramda gəncliyin inkişafını təmin etmək üçün ən öndə vəzifələr öz əksini tapacaq. YAP sədrinin müavini qeyd edib ki, proqramın qəbul olunub həyata keçirilməsi Azərbaycan gəncliyinin daha da inkişafına ciddi təkan verəcək: “YAP-ın mövqeyi bundan ibarətdir ki, ölkəmizin müasirləşməsi və modernləşməsində Azərbaycan gəncliyi yaxından iştirak etməlidir. Gənclərimiz yüksək biliklərə, müasir dünyagörüşünə yiyələniblər. Bütün bu və digər amillər gənclərin Azərbaycanın inkişafında çox əzəmətli güc olduğunu ortaya qoyur. Hökumətimiz və partiyamız da bu gücdən faydalanmaq, Azərbaycanın inkişafı naminə bu amildən səmərəli istifadə etmək yolunu tutub. Bu gün Azərbaycan gəncliyi ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət, eləcə də, dövlətin xüsusi diqqət və qayğısı sayəsində sürətlə inkişaf edir. Hazırda YAP üzvlərinin sayı 530 minə çatıb. Belə ki, partiyada təmsil olunanların 40 faizini məhz gənclər təşkil edir. Cünki gənclər partiyamızın güclü dayaqlarından biridir”.
Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkədə gənclər siyasətinin aparıldığını deyən Ə.Əhmədov bildirib ki, ölkəmizdə sabitliyin, əmin-amanlığın möhkəmləndirilməsində iştirak etmək hər bir Azərbaycan vətəndaşının, xüsusilə gənclərin borcudur. Çünki Azərbaycanın gələcəyi gənclərlə bağlıdır: "Ona görə də, gənclər bugünkü sabitliyin, əmin-amanlığın, dincliyin qorunmasında maraqlı olmalıdırlar ki, bütün bunların əsasında Azərbaycan daha da inkişaf etsin və gənc nəsil üçün daha yüksək rifahın təmin edildiyi bir Azərbaycan qurulsun. Təəssüf ki, gənclərimizin kiçik bir hissəsini Azərbaycanın inkişafını gözü götürməyən qüvvələrin sifarişini həyata keçirən müxalifət partiyalarının radikal qanadı öz ətrafına toplayıb. Həmin qüvvələr bu gənclərdən öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Amma sağlam düşüncəli gənclər onları bu səhv yoldan çəkindirmək üçün ciddi şəkildə çalışmalıdırlar. Eyni zamanda mən gənclərə üzümü tutub demək istərdim ki, öz yolunu azan gənclərə yardım etsinlər. Çünki bir adama yardım etmək böyük bir savabdır”.
Daha sonra tədbirdə Nəsimi rayonunun ictimai-siyasi həyatında fəallıq göstərən Nəsimi rayonunun bir qrup gəncinə təşşəkürnamələr, YAP-ın sıralarına yeni daxil olan gənclərə partiya vəsiqələri verilib.