Əli Hüseynli "Metronun görünməyən tərəfləri"ndən yazdı
KÖŞƏ
13:26 19.03.2011
2163
Qatar qapının ağzına kimi insanla doludur. Kimi əlini tutacaqdan tutub, kimi cibinə qoyub, kimi də qatarın oturacağında əyləşib. Sovet qatarları sanki, insanı geriyə çəkir. Hərdən sakit və həlim tonla səslənən rus dilində olan cümlələr də bu ritmə bir növ təkan verir. Bu onu göstərir ki, insanlarda da Sovet hökümətinin izi qalıb. Bu iz kiminin dilində, kiminin cinsində, kiminin də yanağında qalıb.
Nədənsə hamı yerə baxır. Sanki, insanlar bir-birilərindən qorxurlar. Onlar düşünürlər ki, baxışları bir-biriləri ilə toqquşsa nəsə ola bilər. Nə ola bilər? Bəlkə, mehribançılıq, insaniyyətlik yarana bilər? Yəqin onların hamısı həyatlarından məmnundur. Amma, məncə onlar yerə baxan baxışlarının altında özlərini gizlədirlər. Öz hisslərini gizlədirlər. Tənha keçirdikləri həyatın ağrılarını gizlədirlər. Gözlərinin altında zamanın buraxdığı izləri gizlədirlər.
Aha. Deyəsən, bu oğlan kimisə axtarır. Blutuz. O oğlan yatıb. O birisi kitab oxuyur. Qatarda kiçik uşaq da var. O da qatarın qaranlıq pəncərəsində hərdən bir görsənən tuneldəki lampalara baxır. Düşünür ki, necə olur bu lampalar qaranlıqdan qorxmurlar!
Insanları qaranlığa çəkən qatarlar, sanki iki dünya arasındakı körpüdür. Qatarlar həm qaranlıq dünyaya, həm də işıqlı dünyaya aparır bizi. Qatarda olan hər kəs dünyasını dəyişir. Amma, qatarın önündə olanlar digərlərindən daha tez dünyalarını dəyişirlər. Eyni ilə həyatdakı kimi. Budur. Qız səsi gəlir. “Növbəti stansiya 28 may”. Hmm. Burda mən düşməliyəm. Qatarımızın qonaqları dəyişəcək. Az sonra, alicənab insanlar, “oğlanlar və qızlarlarla” əvəz olunacaq. “28 May” stansiyası. Qatarın qapıları açılan kimi hücum başlayır. Yadıma orta məktəbdə sinifrəhbərimizin oğlunun- “sinifə ən axırıncı girən kişi deyil” deməsi düşdü. O zamanlar hamımız qaçaraq sinifə girirdik. Amma, biz nə qədər tələssək də sonda otağa sinifrəhbərimiz girirdi. Qatar bir anda dolub boşalır. Artıq oğlan və qızlar içəridədir. Onlar mövud vəziyyətdən çox razıdırlar. Çünki, oğlanlar qızların arasında mövqe ala biliblər. Axı onlar kənddən şəhərə elə buna görə gəliblər!!!
Şəhərdə məsum kənd insanlarının sayı ildə 2 dəfə pik nöqtəyə çatır. 1) Yeni ildə 2) Yay yaxınlaşanda. Onlar məsumdurlar. Çünki, siyasətləri sadəcə gözərində gizlənib. Onlar savadsızdırlar. Bax elə bu cəhətləri də onları şəhərə çəkir. Düşünün, ali təhsilli insan avropaya gedib daha da çox öyrənmək istəyir. Bir avropalı çox zaman depresiyaya düşür. Çünki, gedəcək yer tapa bilmir. Məsələyə bu aspektdən yanaşarkən, kənd əhalisi xoşbəxtdir. Lakin, onların namusunu getdikcə itirdiyini fikirləşəndə...