Əli Həsənov: "28 mayda əfv olmayacaq"

Əli Həsənov: "28 mayda əfv olmayacaq"
Bütün Xəbərlər
13:01 12.05.2011
1710

Həmin beynəlxalq təşkilatlar artıq öz müstəqilliklərini itirərək müəyyən mərkəzlərin xidmətçisinə çevriliblər. Azərbaycanda jurnalist fəaliyyətinə görə heç kəs həbsdə deyil. Vaxtilə belələri olub və əfv ediliblər. Ona görə, bir daha qeyd etmək istəyirəm ki, Azərbaycanda söz və mətbuat azadlığının məhdudlaşdırılması, pozulması ilə bağlı deyilənlər tam əsassızdır». 

PA rəsmisi deyib ki, Azərbaycanda azad düşüncə, azad fikir, azad yazı praktikası mövcuddur. İstənilən jurnalist istənilən məmuru tənqid edə bilər. İstənilən jurnalist istənilən dövlət qurumunun fəaliyyətini araşdıra bilər. Belə təşkilatların da açıqlamaları sözün həqiqi mənasında bizi məyus edir».

Ə.Həsənov hesab edir ki, beynəlxalq təşkilatların çoxu qərəzlidir və onların bəyanatları Azərbaycan dövlətinə, onun siyasətinə təzyiq etmək məqsədi daşıyır: «Mən Azərbaycanda söz, mətbuat azadlığının səviyyəsini 171-ci nömrə ilə qiymətləndirən istənilən beynəlxalq təşkilatı ölkəyə dəvət edirəm, gəlsinlər sizin qaşınızda o insanlarla vəziyyəti müzakirə edək. Əgər Azərbaycanda köşklərdən əlini atıb istənilən qəzeti götürüb orda hakimiyyətlə bağlı tənqidə rast gəlirsənsə, istənilən dövlət məmurunun, vətəndaşın fəaliyyətini açıq tənqid etmək, araşdırmaq imkanına maliksənsə, belə ölkədə söz, mətbuat azadlığının pozulmasından danışmaq yüz faiz subyektivilikdir. «Freedom House», «Sərhədsiz Reportyorlar» və s. qurumların bütövlükdə fəaliyyətini şübhə altına almırıq. Onlar hansısa fonddan maliyyələşərək fəaliyyət göstərirlər. Hansısa məqsədlərə də xidmət edirlər. Amma onların məqsədləri heç də dünyada söz azadlığını təsnif etmək, onun yaxşı, pis xarakteriktikasını açıb, onun ətrafında nümunə yaratmaq deyil. Onlar bu və ya digər məqsədləri, sifarişləri həyata keçirirlər, maliyyə aldıqları qurumlar qaşısında məsuliyyət daşıyırlar. Açıq deyirəm, siz də görürsünüz, gündəlik müşahidə edirsiniz. Şimali Afrika ölkələrində baş verən hadisələrlə bağlı bizim transmilli adlandırdığımız televiziyaların məlumatına baxın. Hamısı ütülü, bir mərkəzdən formalaşdırılan və yayılan informasiya. Niyə? Məsələn, Liviyada, Tunisdə, Misirdə baş verən hadisələrlə bağlı heç müxalif fikirdə olan fərqli düşünən insan yoxdurmu? Kifayət qədər var. Bəs niyə onların biri o səhifələrə çıxmır? Biz indi burda bəyan edək ki, bu televiziyalarda azad söz, azad düşüncə, azad fəaliyyət yoxdur. Əlbəttə var, onların da bir siyasəti var və onu həyata keçirirlər. Ona görə belə qurumlar Azərbaycanda özgə gözündə tük axtarmaqdansa, qoy Avropadakı TV-ləri qoysunlar gözləri önünə».

O, jurnalistlərin korrupsiya faktlarına dair məlumatlarının yoxlanmaması fikri ilə də razılaşmayıb: «Qətiyyən belə deyil. Mətbuatda aşkarlanan bu və ya digər dövlət qurumlarının, ayrı-ayrı strukturların fəaliyyəti ilə bağlı əks olunan materiallar həm Prezident Adminstrasiyasında, həm müvafiq nazirliklərdə, Korrupsiya ilə mübarizə üzrə Dövlət Komissiyasında, hüquq mühafizə orqanlarında araşdırılır. Əgər bunun nəticəsi haqqında cəmiyyətə birbaşa açıqlama vermirlərsə, bu o demək deyil ki, onlar araşdırılmır».
Eynulla Fətullayevlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarının icra olunmaması barədə sualına gəldikdə isə Əli Həsənov bunları deyib: «Eynulla Fətullayev jurnalist fəaliyyətinə görə həbs edilməyib. Kim başqa cür düşünürsə, bu onun şəxsi işidir».

Ə.Həsənov deyib ki, bu il Azərbaycan mediasının inkişafı ilə bağlı digər məsələlər də gündəmdə olacaq.

Dövlət rəsmisi 28 May - Respublika günü ərəfəsində əfv fərmanının verilib-verilməyəcəyi məsələsinə də münasibət bildirib. Onun sözlərinə görə, əfv fərmanının verilməsi üçün öncə Prezident yanında Əfv Komissiyasının toplantısı keçirilməli, daha sonra müəyyən sənədlər hazırlanmalıdır. O qeyd edib ki, bundan sonra dövlət başçısına məruzə edilməlidir. «Məndə bu toplantıların keçirilməsi barədə məlumat yoxdur».

mənbə: Bizimyol

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
NATO Azərbaycan və Ermənistan arasında barışığı alqışlayır
18:45 09.08.2025
NATO Azərbaycan və Ermənistan arasında barışığı alqışlayır
Rusiya XİN Azərbaycan və Ermənistan liderlərinin ABŞ danışıqlarını şərh edib
18:26 09.08.2025
Rusiya XİN Azərbaycan və Ermənistan liderlərinin ABŞ danışıqlarını şərh edib
Ersin Tatar sülh yolunda atılan tarixi addıma görə Prezident İlham Əliyevi təbrik edib
18:21 09.08.2025
Ersin Tatar sülh yolunda atılan tarixi addıma görə Prezident İlham Əliyevi təbrik edib
İlham Əliyev Ərdoğanla ABŞ səfərini müzakirə etdi
18:11 09.08.2025
İlham Əliyev Ərdoğanla ABŞ səfərini müzakirə etdi
Abşeronda evlərdən oğurluq edən 3 nəfər saxlanılıb
18:06 09.08.2025
Abşeronda evlərdən oğurluq edən 3 nəfər saxlanılıb
Rumıniya KİV-də Azərbaycan və Ermənistan liderlərinin Vaşınqtondakı görüşü geniş işıqlandırılıb
17:50 09.08.2025
Rumıniya KİV-də Azərbaycan və Ermənistan liderlərinin Vaşınqtondakı görüşü geniş işıqlandırılıb
Özbəkistan XİN: Cənubi Qafqazda sülh böyük layihələrin başlanmasına yol açacaq
17:40 09.08.2025
Özbəkistan XİN: Cənubi Qafqazda sülh böyük layihələrin başlanmasına yol açacaq
Abşeron dairəvi marşrutu üzrə qatarların iş günü qrafikində dəyişikliklər edilir
17:25 09.08.2025
Abşeron dairəvi marşrutu üzrə qatarların iş günü qrafikində dəyişikliklər edilir
İspaniya XİN: Azərbaycan və Ermənistan arasında razılaşma yekun sülhə doğru həlledici addım olacaq
17:15 09.08.2025
İspaniya XİN: Azərbaycan və Ermənistan arasında razılaşma yekun sülhə doğru həlledici addım olacaq
Azərbaycan karateçisi Çində keçirilən Dünya Oyunlarında gümüş medal qazanıb
16:52 09.08.2025
Azərbaycan karateçisi Çində keçirilən Dünya Oyunlarında gümüş medal qazanıb
Maksim Prevo: Azərbaycan və Ermənistan liderlərinin cəsarətini yüksək qiymətləndirirəm
16:32 09.08.2025
Maksim Prevo: Azərbaycan və Ermənistan liderlərinin cəsarətini yüksək qiymətləndirirəm
Livanda silah anbarında partlayış olub, 6 hərbçi ölüb
16:12 09.08.2025
Livanda silah anbarında partlayış olub, 6 hərbçi ölüb
“Azərbaycanla Ermənistan arasında unikal saziş Trampın sayəsində imzalanıb" - Tokayev
15:51 09.08.2025
“Azərbaycanla Ermənistan arasında unikal saziş Trampın sayəsində imzalanıb" - Tokayev
Bakıda it oğurlayan şəxs həbs edildi
15:39 09.08.2025
Bakıda it oğurlayan şəxs həbs edildi
AŞPA sədri: Azərbaycan və Ermənistanın sülh müqaviləsini paraflamasını alqışlayırıq
15:11 09.08.2025
AŞPA sədri: Azərbaycan və Ermənistanın sülh müqaviləsini paraflamasını alqışlayırıq
SALOĞLU-da Fabrik Qiymətinə Kampaniyasının Son 5 Günü
15:05 09.08.2025
SALOĞLU-da Fabrik Qiymətinə Kampaniyasının Son 5 Günü