Əli Həsənov: "Heç kim terrordan sığortalanmayıb"

Bütün Xəbərlər
13:05 19.02.2011
1659

Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bir çox səfirliklərin Azərbaycanda terror təhlükəsi ilə bağlı verdiyi xəbərdarlıqlara münasibət bildirib. ANS TV-nin məlumatına görə, şöbə müdiri qeyd edib ki, ölkədə ictimai-siyasi vəziyyət və kriminogen durum sabitdir. 

Əli Həsənovun sözlərinə görə, hər bir ölkənin terrorla, təhlükəsizliklə, öz vətəndaşlarının həyatı ilə bağlı öz standartları var. Şöbə müdiri hər bir Azəbaycan vətəndaşının, eləcə də Azərbaycana gələn vətəndaşların həyatı, sağlamlığı ilə bağlı zəmanət verdiklərini bildirib. 

“Lakin bu o demək də deyil ki, kimsə hansısa bir suiqəsddən, terrordan sığortalanıb. Bu hər bir ölkədə Avropada da, Amerikada da baş verə bilər. Kiməsə qarşı hansısa təhlükə həyata keçirilə bilər, ancaq bütövlükdə dövlət olaraq biz vətəndaşlarımızın, Azərbaycanda yaşayan, Azərbaycana qonaq gələn əcnəbilərin təhlükəsizliyi ilə bağlı bütün tədbirləri görürük və bu tədbirlər kifayət qədər effektlidir. Bu dövlətlər arasında olan məsələ deyil. Bundan heç kim sığortalanmayıb. Biz kiməsə bu və ya digər təhlükə barədə öz vətəndaşlarına xabərdarlıq etməsini qadağan edə bilmərik”, deyə Ə. Həsənov bildirib. Şokoladla başını aldadıb təcavüz etdi!

 

OXŞAR XƏBƏRLƏR