Əli Həsənov: "Müxalifət dövlətə pislik edir"

Bütün Xəbərlər
19:11 17.03.2011
1715

Bunu bəyan edən Prezident Administrasiyasının rəsmisi Əli Həsənov opponentlərinə mesaj da göndərib."Biz Azərbaycan müxalifəti ilə daim təmasda oluruq. Daim bu və ya digər məsələlərin müzakirəsinə hazır olduğumuzu bildiririk. Bəzi müxalifət dairələri bu gün Azərbaycan dövlətinin, millətinin maraqlarını təmsil edən məsələlərdə dialoqa hazır olmadıqlarını nümayiş etdirirlər. Eyni zamanda dövlətin, millətin maraqlarına toxunan məsələlərdə həmişə pozucu bir mövqedəqən çıxış edirlər”.

Prezident Admistrasiyasının rəsmisi deyir ki, belələri cəmiyyətin aparıcı partiyaları deyil: "Bunların arxasında xüsusi ciddi dayaq yoxdur. Amma onlar bizim vətəndaşlarımızdır və biz istəsək də, istəməsək də onlarla təmasa girməyə məcburuq”.

//Ans TV

 


OXŞAR XƏBƏRLƏR