Bəyanda qeyd edilirdi ki, AXCP sədri Əli Kərimlinin evinə internet verilməsi dayanıb: “Hakimiyyət öz texnoloqları vasitəsilə cinayətkarlıqla AXCP sədrinin şəxsi bloquna hücum edib, onu sıradan çıxarıb. Bloq bərpa olunandan sonra Əli Kərimlinin İP ünvanına əngəl yaradaraq ora yeni materialların yerləşdirilməsi məhdudlaşdırılıb. Bununla kifayətlənməyərək AXCP sədrinin mənzilinə müxtəlif uydurma və bəhanələrlə bir ay internetin verilməsi dayandırılıb”.