Əli Nağıyevdən sonra Baş Prokurorluqda daha bir kadr dəyişikliyi edildi

Əli Nağıyevdən sonra Baş Prokurorluqda daha bir kadr dəyişikliyi edildi
Bütün Xəbərlər
03:45 17.05.2011
4488

APA-nın məlumatına görə, baş prokuror Zakir Qaralovun əmrilə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin Daxili Təhqiqatlar Şöbəsinin rəisi Rauf Zeynalov işdən çıxarılıb. Baş prokurorun digər əmri ilə o, Baş Prokurorluğun Təşkilat-Analitik İdarəsinə rəis müavini vəzifəsinə təyin edilib. Qeyd edək ki, bir neçə gün əvvəl baş prokuror Zakir Qaralovun müvafiq əmri ilə milli təhlükəsizlik nazirinin sabiq müavini Əli Nağıyev Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub. Ə.Nağıyev Azərbaycan prezidenti İlham Əliyevin 11 aprel 2011-ci il tarixli sərəncamı ilə milli təhlükəsizlik nazirinin müavini vəzifəsindən azad edilib.

 

OXŞAR XƏBƏRLƏR