"Aynişanın "Eurovision 2011" milli seçim turlarının final mərhələsinə çıxması üçün əlimdən gələni edəcəm!" "Eurovision 2011" mahnı müsabiqəsinin milli seçim turunun iştirakçısı Aynişan Quliyevanın anası əməkdar artist Aybəniz Haşımova açıqlamasında belə deyib.
Əməkdar artist qızının "Eurovision" yarışmasına qatılmaq istəyini hər zaman dəstəklədiyini söyləyir: "Bu yolda hər an Aynişanın yanında olmuşam. Bundan sonra isə qızıma mənəvi dəstəklə yanaşı, maddi dəstək də lazım olacaq. Ona bacardığım qədər çox sms göndərəcəm. Çünki bu yarışmanın Aynişan üçün nə qədər böyük əhəmiyyət daşıdığını görürəm. O, bu yarışmaya böyük səylə hazırlaşır. İnanıram ki, qızım finala düşəcək və qalib gələcək. Aynişanın Azərbaycanı layiqincə təmsil edəcəyinə əminəm!"
Qeyd edək ki, Aynişan Quliyeva İTV-də canlı yayımlanan 7 həftəlik "Eurovision 2011" milli seçim turlarının 5-ci həftəsində çıxış edəcək. // Ans Press