Əmircanda qanlı hadisə baş verib

Bütün Xəbərlər
04:45 27.04.2011
1846

Paytaxtın Suraxanı rayonu Əmircan qəsəbəsində qanlı hadisə baş verib. Qəsəbə sakini Ramin Əliyev həmyerlisi, 1984-cü il təvəllüdlü İsmayılov Elman Zakir oğlu tərəfindən bıçaqlanıb. 

Elman Ramini bıçaqlayandan sonra onu şəxsi maşınına mindirərək xəstəxanaya çatdırıb. Yaralını həkimlərə təhvil verəndən sonra isə İsmayılov xəstəxanadan uzaqlaşıb. Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi əməkdaşalarının axtarışları nəticəsində Elman İsmayılov saxlanılıb. O, ilkin ifadəsində hadisəni sərxoş halda törətdiyini bildirib. Elman onu söydüyünə görə, Ramini döş qəfəsi və bud nahiyəsinə 3 bıçaq zərbəsi vurduğunu etiraf edib.

Faktla bağlı Elman İsmayılov barəsində Suraxani rayon Polis İdarəsində Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır xəsarət yetirmə maddəsi ilə cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir.

//ANS tv

 

OXŞAR XƏBƏRLƏR