Verilən məlumata görə, A.Zəkəriyyəyev 1969-cu ildə anadan olmuş həyat yoldaşı Zəkəriyyəyeva Fəxriyyə Güloğlan qızını başına döyə-döyə öldürüb. O, dülgər aləti olan kərki ilə qadının başına bir neçə zərbə endirib.
Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilsə də, detallar açıqlanmır.
Qeyd edək ki, Zəkəriyyəyevlər ailəsinin 3 övladı qalıb.
Hadisəni törətmiş A.Zəkəriyyəyev saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.