Ərdoğan sakitliyini pozdu: “Liviya qan ağlarkən, Liviya gözyaşı tökərkən biz sakit otura bilmərik”

Bütün Xəbərlər
10:53 20.03.2011
1722

AZXEBER.COM portalının məlumatına görə, bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İqtisadi Forumdakı çıxışında söyləyib. Ərdoğan çıxışında ABŞ-ın Liviya sərhədlərini bombalamasını müharibənin başlaması kimi qiymətləndirib: “Tunis Tunis xalqınındır, Misir Misir xalqınındır, İraq iraqlılarındır. Liviya da, eyni ilə liviyalılara məxsusdur. Biz bölgədə yeni bir müharibənin başlamasının tərəfində deyilik və buradan heç bir xeyr unmuruq. Sadəcə bölgədə sülhün bərqərar olunması üçün çalışırıq. Biz bölgədə yalnız qardaşlıq istəyirik. Liviyada vətəndaşlara çevrilmiş silahlar dayanmalıdır. Tunisdə, Misirdə xalq dəyişmə üçün səsini yüksəltdiyində biz Misir və Tunis rəhbərliyini xəbərdar etdik. Eyni rəftarımızı Liviya mövzusunda da qoyduq. “Liviyada kimsənin burnu qanamasın” dedik. Livyia istiqamətini təyin etsin istədik. Kaş ki, Liviyada hadisələr bu nöqtəyə gəlməsəydi.”

OXŞAR XƏBƏRLƏR