Ərdoğana yenə hücum etdilər: 1 yaralı

Bütün Xəbərlər
13:08 31.05.2011
1498

Bş nazir Hopa qəsəbəsindəki mitinqdən sonra helikopterlə Trabzona yola düşməliymiş. Rəcəb Tayyib Ərdoğan helikopterin olduğu limana seçki avtobusu ilə gedib. 

Hopanın mərkəzi meydanından təxminən 300 metr aralandıqdan sonra bir qrup şəxs avtobusu və onu müşayiət edən maşınları daşqalaq etməyə başlayıb. Sürəti artıran avtobusun damındakı polis əməkdaşı müvazinətini itirərək, yola yıxılıb. Arxadan gələn cangüdənlərin maşını isə onu ayaqlayıb. Bir anda gərginlik yaranıb və təhlükəsizlik qüvvələri havaya atəş açmağa başlayıblar.

Xəstəxanaya çatdırılan polis əməkdaşının vəziyyətinin ağır olduğu bildirilir.

/// milli.az

OXŞAR XƏBƏRLƏR