Hər bir Küveyt vətəndaşı bayram hədiyyəsi olaraq büdcədən 1000 Küveyt dinarı (3572 dollar) alacaq.
Küveyt əmiri 14 ay ərzində ölkə vətəndaşlarına ərzaq mallarının pulsuz paylanması haqqında da sərəncam verib. Pulsuz ərzaq mallarını ala bilmək üçün vətəndaşlara xüsusi kuponlar veriləcək. Sərəncamlar 2011-ci ilin fevral ayından qüvvəyə minəcək. Əmirin pul hədiyyəsi və ərzaq kuponları ölkədə yaşayıb işləyən 2 mln. 400 min nəfər xarici vətəndaşa şamil edilməyəcək.